5 Mart 2019 10:56
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Tailand Krallığının ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilmişdir. Səfir qeyd etmişdir ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Daha sonra nazir Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudairi ilə görüşüb.

Azərbaycanın zəngin mədəni irsindən danışan nazir Əbülfəs Qarayev qeyd etdi ki, Şərqdə ilk opera, ilk simfonik orkestra məhz Azərbaycanda yaradılmışdır.

Nazir ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu bildirdi.

Səfir də öz növbəsində qeyd etdi ki, Azərbaycanla əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir.

Tərəflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparmışdır.

Nazir hər iki qonağı 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.

Görüşdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak etmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər