Dövlət Gömrük Komitəsi (DGK) Növruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Teleqraf.com-a Komitədən bildirilib.
Məlumata görə, DGK sədri Səfər Mehdiyevin sərəncamına əsasən, bayramla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək.