2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin bidirdiyinə görə, əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6 milyard 952,0 milyon manatlıq vəsait qalıb.