19 Mart 2019 19:00
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşması xəbəri təkzib edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xoy şəhər bələdiyyə sədrinin müavini Ələkbər Çitsaz İran KİV-ə açıqlamasında bildirib.

Şəhər yetkilisi qeyd edib ki, Xoyla Ermənistanın heç bir şəhəri, o cümlədən Çermuk arasında qardaşlıq müqaviləsi imzalanmayıb:

“Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Türkiyənin Van və Konya şəhərləri ilə qardaşlaşma müqaviləsi imzalamaq üzrəyik. Başqa heç bir xarici şəhərlə belə bir müqaviləmiz yoxdur”.

Qeyd edək ki, ötən günlərdə sosial şəbəkələrdə Güney Azərbaycanın Xoy şəhərinin Ermənistanın Çermuk şəhəri ilə qardaşlaşdığı barədə xəbərlər yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər