23 Mart 2019 11:15
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qeyd edək ki, qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə ötən ilin dekabrın 29-da start verib. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.


Müəllif: Teleqraf.com