“Diqlas” Ticarət Mərkəzində martın 26-da baş verən yanğın zamanı xəsarət alaraq 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı evə buraxılıb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əlindən xəsarət alan yaralıya tibbi yardım göstərilib.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 12 nəfər xəsarət alıb./Report/