2 Aprel 2019 13:00
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Teleqraf.com ABA-ya istinadən xəbər verir ki, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manata kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bundan başqa, banklara bu istiqamətdə əlavə güzəşt imkanlarının araşdırılması tövsiyə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər