3 Aprel 2019 11:25
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalıların əksəriyyəti bir neçə ay, bəzən illərlə sekslə məşğul olmur.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Son anket-sorğusuna görə, 2018-ci ildə hər dörd amerikalıdan birinin seks portnyoru olmayıb.

Anketdə iştirak edən respondentlərin 15%-i son 5 il ərzində sekslə məşğul olmadığını iddia edib. Bu, son 30 ilin ən rekord göstəricisi hesab edilir.

Cinsi fəallığın aşağı düşməsinin səbəbi isə ABŞ əhalisinin yaşlanması ilə izah olunur. Artıq 1946-1964-cü illərdə doğulmuş insanların sekslə məşğul olmadıqları bildirilir. Lakin ən maraqlısı isə budur ki, 30 yaşa qədər olan qadın və kişilər də seks portnyorlarının olmadığını iddia ediblər.

Sorğuya görə, cinsi baxımdan ən fəal insanlar 1981-ci ildən sonra doğulanlardır.

30-40 yaş arası amerikalılar arasında anketdə iştirak edənlərin sadəcə 7%-i ancaq keçən il sekslə məşul olmadığını bildirib. 40-50 yaş arasındakı amerikalıların 9%-nin, yaşı 60-a qədər olanların isə 13%-nin portnyoru yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər