8 Aprel 2019 11:18
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Space" kanalında yayımlanan "Hər səhər" verilişində qalmaqal yaşanıb və bu bir çox əməkdaşın işdən çıxarılmasına səbəb olub.

Teleqraf.com-un məlumatına görə, bu gün verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməmkdar artist Çingiz Əhmədov aparıb. Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun qonaq olduğu proqramda qalmaqallı hadisə yaşanmışdı. Belə ki, Rüfət fonoqramla mahnı oxuyarkən, aparıcıya əxlaqsız ifadələr işlədim, səs rejissoru isə mikrofonları bağlamağı unutduğu üçün səs efirə gedib. Ötən gün səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, MTRŞ kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib.

Qeyd edək ki, Anar eyni zamanda "Space" radioda "Yanar saat" verilişinin aparıcısıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər