9 Aprel 2019 13:14
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox sevindirici haldır ki, Azərbaycanın 10 milyonuncu sakini olan körpənin anasıyam. Bu hiss qürurvericidir".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında körpənin anası Nigar Ocaqova deyib.

O, körpəsinin 10 milyonuncu sakin olmasından xəbərsiz olub: "İlk xəbəri bizə baş həkimimiz Sevinc xanım verdi. Prezidentimizin və xanımının gəlişi bizə ikiqat bayram oldu, çox sağ olsunlar. Göstərdikləri qayğıya görə təşəkkür edirəm".

Baş həkim Sevinc Məmmədova isə bildirib ki, 9 ay ərzində ana poliklinikada həkim qeydiyyatında olub: "Hamiləlik fəsadsız keçib. Artıq 5-ci gündür ana və uşaq bizdədir. Uşağın peyvəndləri vurulub və bu gün onlar evə yola salınacaqlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər