12 Aprel 2019 10:30
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında daha 147 şəhidin 222 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Teleqraf.com-a bildirilib ki, ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.

12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, ötən dövrdə onlardan artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər