18 Aprel 2019 16:33
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, dəyişiklik Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

“Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir”.

İndiyədək isə bənd belə idi:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.


Müəllif: Teleqraf.com