18 Aprel 2019 17:48
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Mirzəcan Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.

Mirzəcan Xəlilov 41 saylı Sumqayıt birinci seçki dairəsindən millət vəkili seçilib. O, Yeni Azərbaycan Partiyasının üzvüdür.

Mirzəcan Xəlilov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrində təmsil olunur.


Müəllif: Teleqraf.com