22 Aprel 2019 13:47
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, aprelin 25-dək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Aprelin 22-i axşam və 23-nə keçən gecə bəzi rayonlarda yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

U.Tağıyeva bildirib ki, aprelin 25-dən sonra havanın temperaturu yüksəlməyə başlayaraq iqlim normasına yaxınlaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər