Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutu və Polşa Respublikasının Texnoloji Təbiətşünaslıq İnstitutunun əməkdaşlarının iştirakı ilə “Coğrafi informasiya sistemlərindən istifadə etməklə yaradılmış elektron xəritələrdən kənd təsərrüfatının planlaşdırılmasında istifadə imkanları” mövzusunda seminar keçirilib.
Teleqraf.com Eroziya və Suvarma İnstitutuna istinadla xəbər verir ki, seminarda Coğrafi İnformasiya Sistemlərindən (GİS) istifadə etməklə kənd təsərrüfatı əraziləri üçün məlumatlar bazasının işlənib hazırlanması metodikası, həmçinin Azərbaycanın şimal və şimal-qərb rayonları üçün yaradılmış xəritələr və onların məlumatlar bazası haqqında məlumatların fermerlərin diqqətinə çatdırılması, gələcəkdə bu xəritələrdən regional səviyyədə istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.