23 Aprel 2019 13:22
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üç aydan artıq müddətdə intensiv şəkildə işləyirdik və artıq hazırıq”.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BOS) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer trek ərazisində təşkil olunan media-tur zamanı deyib.

Avstraliyalı mütəxəssis bildirib ki, hazırda bəzi xırda işlər üzərində işləyirlər: “Formula 1” və Beynəlxalq Avtomobil Federasiyalarının rəsmiləri də yarışa tam hazırdır. Bircə azarkeşlərin möhtəşəm tamaşanı yerində izləyib, zövq almaları qalır. Çalışırıq ki, yarışı əvvəlki illərdə olduğu kimi yaxşı təşkil edək. Əlbəttə, son məqamda görüləcək işlər üzə çıxır. Yolları tam bağlamazdan öncə reallaşdırmadığımız bəzi məsələlər vardı. Bəzi yerlərdə sədd və qapılar quraşdırdıq, rəngləmə işləri apardıq. Həmçinin künc hissələrdə təhlükəsizlik məqsədi ilə əlavə bayerlər quraşdırdıq. Hazırda da bu kimi işlərlə məşğuluq”.

T.Butçer komandaların hazırda öz qarajlarını hazır vəziyyətə gətirməklə məşğul olduğunu söyləyib: “Ötən həftədən etibarən komandaların yükləri hava, quru və su yolu Bakıya gəlməkdədir. Artıq komandalar öz qarajlarını hazır vəziyyətə gətirməyə çalışırlar. Tezliklə pilotları da burada görəcəyik”.

Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər