30 Aprel 2019 10:02
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.

Teleqraf.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.

Sənədə əsasən, mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər