1 May 2019 21:08
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Pakistan İslam Respublikasından olan jurnalist nümayəndə heyətinin üzvləri Azərbaycan Mətbuat Şurasında olublar.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, Bütün Pakistan Qəzetləri Cəmiyyətinin (All Pakistan Newspapers Society–APNS) İcrayyə Komitəsinin prezidenti, ölkənin “The DAWN Media Group” şirkətinin rəhbəri Həmid Harunun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə “Nawa-i-Waqt Group”un marketinq direktoru Bilal Mahmud, “Daily The News International” qəzetinin redaktoru Amir Ğauri, “Diplomatic News Agency” xəbər agentliyinin və “Centreline” jurnalının baş redaktoru, APNS-in İdarə Heyətinin üzvü Ənsar Batti, “GEO Network” və “The Jang Group”un nümayəndəsi Məsrur Əhməd, APNS-in İdarə Heyətinin üzvü Tənvir Tahir, aparıcı foto-jurnalist, “Whitestar Photos” şirkətinin baş əməliyyat direktoru Arif Mahmud daxildir.
Qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara ölkəmizdə söz və ifadə azadlığı sahəsindəki vəziyyət, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə qonaqların şuranın şikayətləri araşdırma təcrübəsi, həmçinin media qanunvericiliyi, jurnalist hüquqlarının qorunması, onların sosial müdafiəsinin təşkili məsələləri ilə bağlı sualları cavablandırılıb.

Görüşdə eyni zamanda Pakistan və Azərbaycan arasındakı müxtəlif sahələrdəki əməkdaşlıq məsələlərinə də nəzər salınıb. Bildirib ki, yüksək səviyyəli bu əməkdaşlığın media sahəsində də olması mütləqdir. Mövcud xüsusda Azərbaycan Mətbuat Şurası ilə Bütün Pakistan Qəzetləri Cəmiyyəti arasında anlaşma memorandumunun işlənib hazırlanması barədə razılığa gəlinib. Belə bir sənədin qarşılıqlı jurnalist səfərlərinin həyata keçirilməsi, eləcə də Azərbaycanın və Pakistanın media orqanları arasında fərdi münasibətlərin yaranması, informasiya mübadiləsinin etibarlı mühitinin formalaşması baxımından əhəmiyyətli baza rolunu oynayacağına inam ifadə edilib.

Görüşdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “ONA” agentliyinin rəhbəri Vüsalə Mahirqızı, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, habelə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan iştirak edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər