8 Sentyabr 2014 15:08
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:45

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Hal-hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.

16:05

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Məharət Abbasovun meyiti bu dəqiqələrdə dağıntılar altından xilasedicilər tərəfindən çıxarılıb.


Onun dağıntılar altında qalan bacısının və azyaşlı qızının xilası üçün tədbirlər davam etdirilir.

14:49

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, daha bir nəfər dağıntılar altından çıxarılıb.

14:35

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. Fövqəladə hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

11:44


Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Məlumata görə Məharət Abbasov və İfayət Abbasovanın dağıntılar altından çıxarılması üçün əraziyə yeni texnikalar gətirilib. Dağıntılar altından eşidilən səslər onların sağ olmasına ümid yaradır. Xilasetmə əməliyyatı davam edir.

10:47

FHN-nin əməkdaşının Trend-in hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər dağıntılar altından çıxardılaraq xilas edilib, daha 4 nəfər isə hələ də dağıntılar altındadır. Hazırda onların dağıntılar altından çıxarılması üçün tədbirlər davam etdirilir.

10:32

Dağıntılar altında Məharət Abbasovun özüylə bərabər, həyat yoldaşı, qızı və oğlunun qaldığı bildirilir. Axar.az-ın məlumatına görə, hazırda xilasedicilər Məharətin həyat yoldaşı Könül Abbasova və onun qızını dağıntılar altından çıxarırlar. Digər xilasetmə əməliyyatları davam edir. Bu dəqiqələrdə Abşeron Rayon Polis İdarəsinin rəisi hadisə yerinə gəlib.


Qəza yerinə texnika cəlb edilib.

09:44

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla bağlı ilkin məlumat yayıb.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Nazirlikdən bildiriblər ki, hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

09:07

Xırdalan şəhərində, Mehdi Hüseynzadə küçəsində 4 mərtəbəli daş binada partlayış olub.


Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, binada səhər saat 7 radələrində, qaz sızması səbəbindən baş verən partlayış nəticəsində xəsarət alanlar var. Hazırda 7 nəfərin dağıntı altında qaldığı, onlardan 3 nəfərinin uşaq olduğu deyilir.


Hadisə yerində xilasedicilər işləyir.

***


Artıq bir nəfər - Bəkir adlı şəxs dağıntı altından çıxarılıb. Onun xəsarətinin həyat üçün təhlükəli olmadığı bildirilir.


Bu arada binanın uçmaq ehtimalına görə xilasedicilər əhalini binanın önündən uzaqlaşdırmağa çalışır.


Müəllif: