25 May 2019 12:07
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin tərbiyə müəssisəsində saxlanılan, müsbət davranışı, təhsilə və əməyə vicdanlı münasibətləri ilə seçilən yeniyetmə məhkumlar müəssisə əməkdaşlarının müşayiəti ilə şəhər gəzintisinə çıxarılıblar.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yeniyetmələr ilk olaraq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra yeniyetmələr üçün Dənizkənarı Milli Parkda, ticarət və əyləncə mərkəzində gəzintiyə və nahara, əyləncə attraksionlarında dincəlməyə, Park Sinema kino zalında bədii filmə tamaşa etməyə şərait yaradılıb.

Tərbiyə müəssisəsinə qayıdan tərbiyə olunanlar onlara yaradılmış bu imkana, məhkumlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Müəllif: Hacı Zeynalov