"Suriyada Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki, bu ölkədə sülh və əmin-amanlıq təmin olunacaq. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulacaq, ikitərəfli əlaqələr inkişaf edəcək".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Suriyadakı vəziyyətlə bağlı Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı Azərbaycan Prezidenti Suriya xalqına təbriklərini çatdırıb:
"Suriyadakı keçmiş rejimin rəhbərliyi altında bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ciddi problemlər yaradırdı. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyri-şərtlə çıxış edirdi. Suriya nümayəndələrinin hətta İslam Əməkdaşlıq Təşkilatı çərcivəsində İslam Həmrəyliyi prinsipinə zidd xarakteri olan açıqlamaları olurdu. Azərbaycan və qardaş Türkiyə birlikdə məsləhətləşmələr aparaq Suriyada humanitar vəziyyətlə bağlı məsələləri həyata keçirir. Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Suriyadakı vəziyyətlə bağlı humanitar məslələrin həllinə töhvə verməyə hazır olduğunu bildirib".