25 May 2019 14:39
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Cavan Zeynallı Xalq artisti fəxri adını almasından xəbərsiz olub.

Teleqraf.com xəbər verir ki, o, bunu "Report"un əməkdaşı ilə söhbətində deyib.

Müğənni bu xəbərə "Dəqiq məlumatdır? Evdə oturmuşam, heç nədən xəbərim yoxdur. Dəqiq? Tüklərim biz-biz oldu, yıxılacam bu dəqiqə", - deyə, reaksiya verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavan (Cavanşir) Zeynallıya Xalq artisti adı verilib.


Müəllif: Teleqraf.com