12 İyun 2019 15:40
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı açıqlama yayıb.

"Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dəmir Yolları QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlara dair aşağıdakıları bildirməyi zəruri hesab edirik:

2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin "Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli KİSS markalı elektrik qatarları alınıb. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər