18 İyun 2019 12:48
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən www.ayna.az yeni formatda – onlayn ictimai-siyasi sayt şəklində fəaliyyətə başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə saytın rəhbəri Elçin Şıxlı yazıb.

Onun sözlərinə görə, son üç ildə saytda yalnız müəllif yazılarının yayımı həyata keçirilirdisə, bundan sonra ölkədə və dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni, idman və digər sahələrə aid hadisələr operativ və obyektiv şəkildə oxuculara çatdırılacaq:

"Bundan əlavə, müxtəlif mövzularda araşdırmalar, reportajlar, analitik yazılar, müsahibələr hazırlayacaq, cəmiyyəti qayğılandıran problemlərə işıq tutmağa, düzə və əyriyə AYNA olmağa çalışacağıq. Həmçinin, yaralı yerimiz olan Qarabağ mövzusunu xüsusi diqqət mərkəzində saxlayacağıq.

Bir çoxlarınız yəqin ki, “bəs müəllif yazıları necə, olmayacaqmı?” deyə soruşacaq. Olacaq, təbii ki, olacaq. İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Arif Əliyev və başqaları həmişəki tək sizi sanballı yazıları ilə düşündürməyə çalışacaqlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər