Milli Məclisin deputatı Rasim Musabəyov “Müasir şəraitdə bələdiyyələrarası beynəlxalq əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda konfransda iştirak etmək üçün iyunun sabah Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi və Ümumrusiya Bələdiyyə Təşkilatları Konqresinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirə deputatlar, aidiyyəti nazirlik və idarələrin nümayəndələri, özünüidarəetmə orqanlarının təmsilçiləri qatılacaqlar.