Qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçı hakimiyyəti girov götürdükləri Azərbaycan Respublikasının vətəndaşını Azərbaycan tərəfinə təhvil verməyə hazırdır. Bu barədə Trend "Armtoday"ə istinadən məlumat verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb.