27 İyun 2019 17:09
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın Evin həbsxanasında 3 illik həbs cəzasını bitirən güney azərbaycanlı fəal Siyamək Mirzayiyə qarşı yeni saxta ittihamlar irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, azadlığa buraxılmalı olan fəal “dövlət əleyhinə təbliğat aparmaq”da ittiham olunub.

Tehranda məhkəmə qarşısına çıxarılan Siyamək Mirzayi bu ittihamla yenidən həbs edilib.

Fəal ittihamı əsassız adlandırıb və bildirib ki, bu, İranın təhlükəsizlik orqanları tərəfindən ona qarşı təzyiq və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.

Qeyd edək ki, milli-mədəni fəal Siyamək Mirzayinin məhkumluq dövrü sabah - iyunun 28-də sona çatır. Lakin yeni ittihamla o, yenidən bir neçə il azadlıqdan məhrum edilə bilər.

Azərbaycanlı fəal 2016-cı ildə dövlət əleyhinə təbliğat aparmaq ittihamı ilə həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər