10 Sentyabr 2014 00:09
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şimal küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında sentyabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh sentyabrın 10-11-də respublikanın rayonlarında hava şəraiti iqlim normasına yaxın temperatur rejiminin üstünlüyü ilə keçəcək. Hava şəraitinin Mərkəzi-Aran rayonlarında yağmursuz keçəcəyi , dağlıq və dağətəyi rayonlarda isə əsasən gecə və axşam saatlarında az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.


Belə hava şəraiti məhsulun yığımında və payızlıq əkinləri səpinqabağı işlərin aparılmasında əsasən çətinliklər yaratmayacaq.


Müəllif:

Oxşar xəbərlər