1 İyul 2019 11:01
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt məktəblisi Avropa Çempionatında Yunan-Roma güləşi üzrə I yeri tutub.

Teleqraf.com xəbər vrir kii, İtaliyanın Faenza şəhərində yeniyetmələr arasında keçirilən Avropa Çempionatında Bakı şəhəri 136 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Sadıxlı Yunan-Roma güləşi üzrə yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub.

İstedadlı güləşçi macar rəqibini 50, bolqar rəqibini 34, latviyalı rəqibini 24 və finalda rus rəqibini 68 saniyəyə məğlub edib. O, finalda rusiyalı rəqibinə 10:1 hesabı ilə qalib gəlib.

16 yaşlı Fərid Sadıxlı güləş üzrə Azərbaycan milli komandasının üzvüdür. 10 yaşından güləş idman növü ilə məşğuldur. Bu günə kimi 20-yə yaxın diplom, 10 medal və 1 kubok ilə təltif olunub. Boş vaxtlarında həvəskar kimi üzgüçülük və basketbol idman növləri ilə məşğul olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər