“Ermənistanın çıxış yolu yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu YAP-ın saytına açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, işğalçı dövlət dərin siyasi, sosial-iqtisadi böhran içərisindədir. Onun sözlərinə görə, Ermənistanı bu vəziyyətə terrorçu hakimiyyəti salıb:
“Ermənilər yaxşı başa düşürlər ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq onlara heç bir fayda verməyəcək. Bu gün bütün dünya Ermənistanın vassal dövlət olduğunu yaxşı bilir. Xaricdən aldığı yardımlarla, diasporun verdiyi ianələrlə yaşayan dövlətin gələcəyi yoxdur. Baxmayaraq ki, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın işğalçılıq siyasətinə sərt reaksiya vermir, amma bu ölkə geriləməkdə davam edir. Rəsmi İrəvanın çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsindədir”.
Səxavət