23 İyul 2019 16:30
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 iyyul 2019-cu il tarixdə Azərbaycan Fitoterapevtlər Cəmiyyətinin,Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının və Millixəbər.az İnformasiya portalının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində ilk Təbiətşünas Alim,Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaiyyətindən bəhs edən “Fitoterapevtlər mətbuatın dostudur” tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Fitoterapevtlər Cəmiyyəti”nin sədri, “Nərgiz Klinkası”nın baş həkimi,tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova mətbuat işçilərinin peşə bayramı münasibətilə təbrik etdi.Natiq Həsən bəyin təbabət sahəsindəki fəaliyyətindən,Torpaq,su və hava haqında əsərindən, insan sağlamlığında rolundan və tibbi maarifləndirici yönümdəki fəaliyyətindən söz açdı.

Sonra Millixəbər.az-ın rəhbəri Zamin Zeynal çıxış edərək Həsən bəy Zərabinin təbabət sahəsindəki fəaliyyəti ilə yanaşı Mədəniyyət,Mətbuat tariximizdə önəmli xidmətlərinən danışaraq qeyd edib ki,Həsən bəy Zərdabinin həyati və faliyyəti indiki dövrümüzdə çalışan jurnalislər üçün örnəkdir.Baş redaktor Dövlət Başçısı İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan,jurnalistlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması yönümündə fəaliyyətindən söz açdı.Z.Zeynal Fitoterapevtlər cəmiyyətinin sədri Məlahət Qəhrəmanovaya və Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayevaya birgə tədbiri reallaşdırmaqda etdikləri təşkilati dəstəyə görə öz dərin təşəkkürünü bildirdi. Tədbirdə Səkinə Babayeva Jurnalistlərin peşə bayramlarını təbrik edərək,onlara iti qələm arzuladı.Jurnalistlərlə peşəkar,səmərəli,milli maraqlara xidmət yönümündə işgüzar əməkdaşlığın vacibliyindən danışdı.Səkinə xanım Zamin Zeynalın birgə tədbir keçirməklə bağlı bu cür təşəbbüsünü yüksək qiymətləndirdiyini xüsusi olaraq vurğuladı. Sonra çıxış edən natiqlər, Həsən bəy Zərdabinin çoxşaxəli fəaliyyətindən,peşəkar jurnalistlərin cəmiyyətin informasiya ilə təminatı yönümündə önəmli xidmətlərindən ağız dolusu danışdılar.

Sonda tədbirin təşkilatçıları tərəfindən jurnalistlər diplom və hədiyyələrə layiq görüldülər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər