25 İyul 2019 15:44
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək "Jara" beynəlxalq musiqi festivalının başlamasına bir neçə saat qalıb.

Musiqili gecədə iştirak edəcək əcnəbi qonaqlar artıq paytaxtımıza gəliblər. Onları hava limanında milli geyimli musiqiçilər qarşılayıblar.

Gecədən görüntülər sosial şəbəkədə paylaşılıb. Onlardan birində Eminin "Ləzginka" oynadığı əks edilib. O, aparıcı Yulia Baranovskaya ilə rəqs edib.

Qeyd edək ki, "Jara" festivalı iyulun 25-dən 28-nə kimi baş tutacaq./axşam.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər