Sosial şəbəkələr heç vaxt yox olmayan məlumatlarla doludur, amma bundan çoxumuzun xəbəri yoxdur. Kiçik ekranlar üzərində öz hakimiyyətimizi elan etdiyimizi düşünsək də, sosial şəbəkə hesablarımızı nə qədər şüurlu şəkildə istifadə edib-etmədiyimizi bilmirik. Buna görə də, nə paylaşdığımız haqda iki dəfə düşünməliyik.
Teleqraf.com heç bir məlumatın tamamilə silinmədiyi bu platformada təhlükəsizlikdə olmaq üçün mütəxəssislərin təklif etdiyi 8 maddəni təqdim edir.
1. Olduğunuz məkan
Olduğunuz məkanı paylaşanda tanımadığınız insanlara belə gəlib sizə qatılmaq dəvəti etmiş olursunuz. Bu da sizim üçün həyati təhlükə yarada bilər.
2. Şəxsi telefon nömrəsi
Telefon nömrənizi paylaşmaq sizi xoş olmayan vəziyyətlərə sürükləyə bilər.
3. İş yerinizin rəhbəri, yaxud gələcəkdə sizə iş verə biləcək şəxsin görmək istəmədiyi paylaşımlar
Xüsusilə, karyeranızı zədələyəcək paylaşımlardan uzaq durmaq lazımdır. Sadəcə indiki işinizi yox, gələcək planlarınızı da nəzərə alsaq, bunu düşünmək faydalı ola bilər.
4. Polisin görməsini istəmədiyiniz paylaşımlar
Həyatda polislərin görməsini istəmədiyiniz heç bir şeyi sosial şəbəkədə paylaşmayın, bu, sizə baha başa gələ bilər.
5. Həssas məlumatlar
Ən adi və ciddi qəbul etdiyiniz məsələlərin belə gizlilik anlaşmalarına daxil olduğunu unutmayın. Sizin zərərsiz qəbul etdiyiniz hansısa məlumat uzun müddət məhkəmələrdə qalmağınıza şərait yarada bilər.
6. Pornoqrafik məlumatlar
Pornoqrafik və ya pornoqrafik hissiyyat yarada bilən məlumatları paylaşmaq uzun müddət sizi narahat edə bilər. Bu kimi paylaşımlardan uzaq durmaqla siz həm də sizə problem yarada biləcək insanları özünüzdən uzaq tutmuş olursunuz.
7. Münasibətinizin şəxsi detalları
Partnyorunuzla əlaqədar paylaşdığınız və problem olmayacağınızı düşündüyünüz detallar sonralar sizə problem yarada bilər. Buna görə də bu məsələdə həm özünüz, həm də partnyorunuz haqda həssas məsələləri açıqlamamaqda fayda var.
8. Təhdidlər
İçində ittiham olan məlumatlar narahatedicidir. Kimisə təhdid edə bilərsiniz, amma bunu sosial şəbəkədə etməyin, çünki sizi yanlış anlaya bilərlər. Yazılı və tamamilə silinməz bir platformada bunu etmək o qədər də ağıllı qərar olmamalıdır.