11 Sentyabr 2014 14:47
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

28-30 Oktyabr 2014-cü il tarixdə Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Foruma Avropa Şurasının Baş Katibi Törbyorn Yaqland da qatılacaq.

Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gəlişi gözlənilir. Forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə qeyri-hökumət nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub.

Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur, regional görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması əsas istiqamətlərdən biri olacaq.

Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyəsəti üzrə I Qlobal Forumla bağlı marka dizaynı artıq hazırdır və onun çapı nəzərdə tutulub.

Naibə


Müəllif:

Oxşar xəbərlər