12 Sentyabr 2014 00:09
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şimal küləyi axşama doğru arabir güclənəcək.


Havanın temperaturunun gecə 21-25, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 45-55, gündüz 70-80 faiz təşkil edəcək.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.


Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz


Yaxın 2 gün ərzində Abşeron yarımadasında arabir güclənən şimal küləyi əksər meteohəssas insanlar üçün müsbət amildir.


Müəllif:

Oxşar xəbərlər