6 Avqust 2019 19:16
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2015-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq saraylarının idarə olunması haqqında standartlar paketi hazırladı. Təəssüf ki, həmin standartlara əməl olunmur. Bizə gələn şikayətlərin araşdırılması zamanı aşkar olunan fakt bundan ibarətdir ki, administratorları toyun hansı keyfiyyətdə olması deyil, müştərilərin sonda onlara verəcəyi pul maraqlandırır. Sahibkarları və iqtisadçıları bu sahənin ən gəlirli biznes olması cəlb edir. Nəticədə istehlakçı hüquqları nəzərə alınmır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Leyla” şadlıq sarayında baş vermiş hadisəyə münasibət bildirirkən deyib.

Onu sözlərinə görə, şadlıq sarayları ilə bağlı ilk həll olunmalı məsələ onların vergilərdən yayınıb-yayınmadığının yoxlamaqdır:

“Bir insan qısa müddətdə pul qoyur, bir neçə saatdan sonra həmin məbləğin ikiqat artığını özünə götürür. Şadlıq saraylarına kassa çeki verilmir. Buna görə də bu kimi hallara rast gəlinir”.

Eyyub Hüseynov belə halların qarşısının alınması yollarından da danışıb: “Toy biznesi istehlakçıların hüquqlarının ən çox pozulduğu sahədir. Buna görə də, Nazirlər Kabineti istehlakçılarla restoran sahibləri arasında münasibətləri tənzimləyən müqavilə sənədi tərtib etməlidir. Orada restoranların, şadlıq saraylarının müştərilərə göstərəcəyi xidmətlərin qiymətləri öz əksini tapmalıdır”.

O ki qaldı sonradan mərasim evinə çevrilmiş “Leyla” şadlıq sarayındakı hadisə, Eyyub Hüseynov bunları deyib: “Aldadan şəxs barədə hüquqi tədbirlərin görülməsi və oğurlanan behlərin iki dəfə artıq sahiblərinə qaytarılması qanunda öz əksini tapıb”.

Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən "Leyla" şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.

Şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb. Sonradan məlum olub ki, “Leyla” şadlıq evi artıq mərasim salonu kimi fəaliyyət göstərir.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər