15 Avqust 2019 15:46
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərin ən çox yayılan xəstəliyi olan xərçəng insanlarda müxtəlif formada özünü göstərir.

Ağciyər, mədə və bağırsaqlarda vaxtında aşkarlanmadıqda ölümlə belə nəticələnə bilir. Xərçəngin müalicəsiylə bağlı alimlər hər gün yeni bir araşdırma üzərində işləyirlər. Bu dəfə onlar xəstəliyin qan qruplarıyla əlaqəsini müəyyənləşdiriblər.

İsveçin Karolinska İnstitutunun alimləri xərçəng xəstəliyinin qan qruplarıyla əlaqəsini araşdırıblar.

35 il müddətində müayinə edilən bir milyondan çox insan arasında aparılan araşdırma nəticəsində hansı qan qrupunun xərçəng xəstəliyi ilə daha yaxşı mübarizə apardığı məlum olub.

Bildirilir ki, birinci qan qrupuna sahib olan insanların Xərçəngə yaxalanma riski digər qan qruplarına nisbətdə azdır. Araşdırmaya görə, dördüncü qan qrupuna sahib insanların mədə xərçənginə yaxalanma riski daha çoxdur. İkinci və üçüncü qan qrupundan olan insanların mədəaltı vəz xərçənginə yaxalanma halı yüksəkdir./redaktor.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər