Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.
Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.