"Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Quba və İsmayıllıda seçki fəallığının artırılması” layihəsinə start verib.
Teleqraf.com-un məlumatına görə, təşkilatın sədri, layihə rəhbəri N.Həsənova deyib ki, layihənin məqsədi qarşıdan gələn bələdiyyə seçkilərində Quba və İsmayıllıda seçici fəallığının artırılmasından ibarətdir. Onun sözlərinə görə, aparılan araşdırmalar da onu deməyə əsas verir ki, bələdiyyə orqanlarına keçrilən seçkilərdə qeydə alınan seçki aktivliyi yüksək deyil “Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, seçicilərin prosesə cəlb olunması baxından maarifləndirmə işinin davamlı aparılmasına ciddi ehtiyac var. Bu onunçün zəruridir ki, hər seçki dövründə ilk dəfə səs verən seçicilərin fazi göstəricisi heç də azlıq təşkil etmir. Məhz bu yöndə aparılan maarifləndirmə seçicilərin prosesdə daha yaxından iştirakını təmin etmiş olacaq. Həm səsvermə, həm protokolların tərtib olunması həm də ümumi seçkiyə nəzarət müxanizminin aşılanması gənc seçicilərin gələcəkdə seçki mütəxəsisi kimi yetişməsini şərtləndirəcək”.
N.Həsənova qeyd edib ki 3 ya həyata keçirilək layihə çərçivəsində İsmayıllı və Qubada geniş maarifləndirmə işi aparılacaq, eyni zamanda ilk dəfə səsvermə prosesinə cəlb olunan seçkilərin aktiv olması üçün şərait yaradılacaq.