Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələri ilə mütəxəssis toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, toplantının sonunda SPQ-9 tank əleyhinə dəzgahlı qumbaraatanlardan döyüş atışları icra edilib.
Əsas məqsəd şəxsi heyətin və tank əleyhinə vasitələrin döyüş və döyüşə hazırlığının yoxlanılması olub.