Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən aztəminatlı ailələrin övladlarına dərs ləvazimatları hədiyyə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, hədiyyələrə ən çox sevinən uşaqlar olub.
"Onlar yeni dərs ilində daha yaxşı qiymətlərlə oxuyacaqlarına söz veriblər. Polisin bu humanist addımı valideynlər tərfindən yüksək qiymətləndirilib, göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər", - deyə məlumatda qeyd olunur.