18 Sentyabr 2019 17:11
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Ceyhun Bayramov sentyabrın 27-də saat 10:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda İsmayıllı və Ağsu rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-24 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər