22 Sentyabr 2019 19:14
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq Təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi elmi fəaliyyətini davam etdirən Misir Mərdənov "Space Tv"də yayımlanan "Sadə həqiqətlər" verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, sabiq nazir bir sıra maraqlı suallara geniş açıqlamalar verib. Hər zaman sadə hyat tərzi sürdüyünü, oliqarxlıq həvəsində olmadığını, mühafizəçi və qulluqçu xidmətlərindən belə istifadə etmədiyini deyən Misir Mərdanov nazir vəzifəsindən kənarlaşdırılmasını belə təsvir edib: "Bunu özümə qətiyyən dərd hesab etmədim. Bir adam vəzifədə nə qədər işləyə bilər? Məni dəvət etdilər. Dedilər ki, sən özün vəzifədən getmək üçün dəfələrlə müraciət etmisən. Həqiqətən də müraciət etmişdim. Bildirdilər ki, vəzifədən getməyin qərara alınıb. Mən də təşəkkürümü bildirdim. Getdim işə, bir dənə çantam var idi, onu götürüb evə yollandım. Mən nazir vəzifəsində BDU-nun rektorluğundan getmişdim. BDU-da rektor olmaq heç də nazir vəzifəsindən geri qalmır. Mən necə idimsə, elə də qalmışam".


Müəllif: Teleqraf.com