30 Sentyabr 2019 23:29
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün konsert vermək niyyətini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə şəxsi tvitter hesabında yazıb.

22 yaşlı qızın müalicəsi üçün 150 min manata ehtiyac olduğunu bildirən ifaçı Azərbaycanın dövlət rəsmilərinə səslənib.

"Bakıda çoxlu dinləyicilərim var. Biletli konsert təşkil edin, əldə edilən gəliri Sura üçün xərcləyək. Qardaşlığımızı gücləndirək", deyə Haluk Levent bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər