14 Oktyabr 2019 15:33
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında dünyasını dəyişən akademik Vasim Məmmədəliyevlə Bakı Dövlət Universitetində vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, vida mərasiminə bir çox ictimaiyyət və dövlət xadimləri qatılıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdən sonra mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

14:51

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, mərhumun cənazəsi Bakı Dövlət Universitetindən götürülüb.

Mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır.

**

13:55

Ötən gün axşam saatlarında dünyasını dəyişən akademik Vasim Məmmədəliyevlə Bakı Dövlət Universitetində vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, vida mərasiminə bir çox ictimaiyyət və dövlət xadimləri qatılıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdən sonra mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Vida mərasiminə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Təhsil naziri Ceyhun Bayramov, Bakı meri Eldar Əzizov və digər dövlət rəsmiləri qatılıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik haqqında fikirlərini bölüşüb:

“Vasim Məmmədəliyevin həyatının böyük hissəsi BDU ilə bağlı olub. O, burada müxtəlif vəzifələrdə çalışıb. Mən onun həyatı və fəaliyyəti barədə çox danışa bilərəm. Lakin çıxışımı protokoldan uzaq tutaraq, ürək sözlərimizi demək istəyirəm.

O özü ilə əvəzolunmaz, şux aurasını apardı. Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib. Elmə, insanlara xidmət edib, heç kimin haqqını tapdalamayıb.

O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində, məntiqlə əsaslandırılmış şəkildə danışırdı. Ən maraqlısı odur ki, onunla danışmaq ona qulaq asmaq qədər maraqlı idi. Bu, hər kəsə nəsib olmurdu.

Öz ixtisasını dərindən mənimsəyib və yeniliklər tətbiq edirdi. O sahədə problemləri bilir və həmkərlarına məlumat verirdi. O, elə bir nadir insanlardan idi ki, paxıllıq nə olduğunu bilmirdi. Hamının rəğbətini çoxdan qazanmışdı. Son günlər isə gözümüzü yolda qoymuşdu. Biz müəllimimiz üçün çox darıxacağıq”.

Daha sonra çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademikin şərqsünaslıq elminə gətirdiyi yeniliklərdən bəhs edib.


Müəllif: Teleqraf.com