22 Oktyabr 2019 13:47
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankaradan sonra Bakıda Anka Azərbaycan Mədəniyyət, Sənət və Rəqs klubu fəaliyyətə başlayıb.

Bu barədə Teleqraf.com-a klubun rəhbəri Dərya Akdəmir məlumat verib.

Akdəmirin sözlərinə görə, Bakıda fəaliyyət göstərəcək rəqs məktəbinin əsas hədəfi Azərbaycan rəqslərini beynəlxalq arenada təmsil edəcək gənc rəqqasların və incəsənət adamlarının yetişdirilməsidir:

“Ankader Dərnəyi 2016-cı ildən etibarən beynəlxalq festival və tədbirlərdə “Anka Azərbaycan” brendi ilə uğurla çıxış edir. Bu fəaliyyətimizi qardaş ölkə Azərbaycanda da davam etdirmək məqsədi ilə Ankara ilə qardaşlaşmış şəhərimiz Bakıda yeni məktəbimizi açmışıq.

Məqsədimiz mədəniyyətlərimizin qarşılıqlı tanıdılması, bu istiqamətdə bütün kateqoriyalara uyğun şagirdlər yetişdirərək, mədəniyyətimizi nəsildən nəsilə ötürülməsini həyata keçirməkdir. Rəqsi öyrənmək və icra etmək istəyən hər kəsə qapımız açıqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu