17 Sentyabr 2014 21:58
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Balaxanı kəndində küçələrin nömrələri dəyişdirilir.


Axar.az xəbər verir ki, Dirçəliş, Müsavat, Hacı Soltanəli, Partizan Məmməd, Balasadıq Zeynallı və digər küçələrdə evlərin ünvanı dəyişdirilir.

Kənd sakinlərinin məlumatına görə, bu nömrə dəyişmə əməliyyatının sirri bilinmir. Balaxanıda yaşayanların şəxsiyyət vəsiqəsində köhnə ünvanlar qeyd olunub. Bu nömrə dəyişmə poçt göndərişlərinin alınması zamanı çaşqınlıq yaradır.

O da bildirilir ki, eyni proses Kürdəxanı kəndində də həyata keçirilir. Bu kənddə yaşayan sakinlər də dəyişikliyin səbəbini öyrənə bilməyib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Balaxanı icra nümayəndəsinin müavini Bəybala Kərimov qeyd edib ki, dəyişiklik 2015-ci ildə keçiriləcək Avropa Yay Oyunları ilə əlaqədardır. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə daimi şəxsiyyət vəsiqələri veriləcək və bu, vətəndaş pasportu kimi olacaq. Onun sözlərinə görə, kənddə hər həyətdə bir neçə ailə yaşayır:

“Hər kəs təsərrüfatına görə nömrə alacaq, qeydiyyatda olacaq. Ünvanlar bir-bir olacaq və dəqiq bilinəcək ki, neçə təsərrüfat aparılıb. Bir də baxırsan ki, altı ünvan qeyd olunub, amma üç ünvandır”.

Qəsəbə rəsmisi deyib ki, proses gələn il keçiriləcək yarışmaya qədər davam etdiriləcək. O, daimi şəxsiyyət vəsiqələrinin nə zaman veriləcəyinin hələ dəqiqləşmədiyini vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər