2 Noyabr 2019 11:13
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.

Bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb.

Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub.

Eyni zamanda Qərb bölgəsinin Tovuz, Gədəbəy və Göygöl rayonlarının dağlıq ərazilərinə də qar yağıb. Gəncə şəhərində və ətraf rayonlarda yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər