16 yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.
Sonuncu turda rəqib Çin yığması üzərində qələbə qazanılıb. Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə etdiyi halda, ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlı rəqibindən üstün olaraq, yekunda qələbəni təmin edib. Beləliklə, xallarını 16-ya çatdıran “Azərbaycan” Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.
Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub edən komanda təkcə Özbəkistan və Ukrayna ilə heç-heçə edərək, liderliyi sonadək qoruyub.
Ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb./report/