18 Sentyabr 2014 12:45
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilik Fondu jurnalistlərlə birlikdə yeni layihəyə başlayacaq.

Bu barədə Fondun icraçı direktoru Oqtay Səmədov məlumat verib. Onun sözlərinə görə, Fond gələcəkdə jurnalistlərə, jurnalistika fakültəsinə qəbul olunmaq istəyənlərə istiqamət verəcək: “Məlumdur ki, şagirdlər tədris ilinin son iki ilində qəbul imtahanına hazırlaşır, bu zaman da yazı bacarıqlarını itirir. Gələcəkdə jurnalsit olmaq istəyən abituriyentlərə jurnalistlər dərs keçəcək. Bu dərslərin Bilik Fondunda təşkil edilməsi planlaşdırılır. Filoloqlar onlara essenin yazılış qaydaları, forması və s. barədə məlumat verəcək. Gələcəkdə jurnalistika peşəsinə yiyələnlər içərisində bizim yetirmələrimizin olması böyük şərəfdir. Yaradıcılıq fakültələri layihəsi hazırlayacağıq”.

O.Səmədov deyib ki, Bilik Fonduna məktəblərin kitabxanalarının zənginləşdirilməsi ilə bağlı Gəncə və Goranboy məktəblərindən təkliflər olub. Məktəblərin kitabla təminatı sahəsində işlərə başlamışıq: “Bu baxımdan ali məktəb, kitabxanalarla əməkdaşlıq quracağıq. Onlara lüğətlər, bədii ədəbiyyatlarla bağlı sorğu vermişik. Məktəblərin həmin kitablarla təminatında bizə kömək etsin. Çünki bəzi kitabxanalarda artıq kitablar var. Yerli nümayəndəliklərimiz tərəfindən məktəblərin hansı kitaba ehtiyacı olması ilə bağlı məlumatlar toplayırıq. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə qurulan əməkdaşlıq çərçivəsində 15 bölgədə distant mühazirə keçəcəyik”.

O.Səmədov onu da əlavə edib ki, hazırda Fondun büdcəsi dövlət vəsaiti əsasında formalaşsa da, yaxın gəkəcəkdə Fondun özünün büdcəsinin formalaşmasına çalışılacaq: “Bilik Fondu olaraq yas mərasimləri ilə bağlı cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına da başlayacağıq. Bunu qadağa yox, maarifləndirmə formasında aparacağıq. Bilik Fondunun layihələrində bu məsələ də nəzərə alınacaq. Eləcə də toy məclislərində israfçılığın aradan qaldırılmasına ehtiyac var. Məscidlərdə kitabxana yaradacağıq. Çünki məscid yalnız ibadət yeri deyil. İnsanlar burada həm də maariflənməlidir. Xarici ölkələrdə xristian kilsələrində tarixi kitablar görürük. Təəssüf ki, bizim məscidlərdə bu ənənə yoxdur. Bunun yaradılması istiqamətində işləyəcəyik”.

SEVİL


Müəllif:

Oxşar xəbərlər